20 fevral 2025 at 23:52
Jurnalist kodu: 5561
Xəbər kodu: 85757503
T T
0 Persons
Pezeşkiyan: Müzakirə edirik, amma hər qiymətə yox - Öz izzətimizi ayaq altına atmarıq

Tehran - İRNA - Prezident “dedik ki, müzakirə edirik və müzakirə adamlarıyıq” - deyə, bəyan edərək vurğulayıb: “Hər qiymətə müzakirə etmirik. Bir tərəfdən sanksiya qoyub deyə bilməzlər ki, heç bir raketiniz, silahınız olmasın, o tərəfdən də müzakirələrdən danışalar. Müzakirə izzətli olmalıdır.”

Məsud Pezeşkiyan cümə axşamı, axşam saatlarında Tehran əyalətinin qərbindəki elita və ziyalılarla görüşdə sionist rejimin Qəzzə və Livandakı cinayətləri və yalançı insan haqları iddiaçılarının bu cinayətlərə dəstəyinə toxunaraq deyib: “Cinayətkar İsrailin Qəzzə, Livan və Fələstində müdafiəsiz insanlara etdiklərini heç bir oyaq vicdan qəbul edə bilməz. Amerika və Avropa sionist rejimin vəhşiliyini dəstəkləməkdən əlavə, həm də bomba və silah çatdırmaqla ona yardımçı oldular.”

Müzakirənin izzətli olmasının vacibliyini vurğulayan Pezeşkiyan türk atalar sözünə işarə edərək deyib: “Öz izzətimizi ayaq altına atmayacağıq, namərd körpüsündən keçməyəcəyik, hətta sel bizi aparsa da. Şir bizi yesə də, tülkünün kölgəsində yatmarıq. Ola bilməz ki, əllərini boğazımıza sıxsınlar, istədikləri hər güzəşti onlara verək, sonra desinlər ki, müzakirə edirik.”

“Bizi hədə-qorxu ilə hər şeyə məcbur edə biləcəklərini düşünürlər. Biz insanıq və izzətlə müzakirə edirik, lakin heç kim bizi məcbur edə bilməz” - deyə, Prezident bəyan edib.

Doktor Pezeşkiyan çıxışının başqa bir hissəsində deyib: “Əgər regionda bir milyard müsəlman bir-birilə qardaş olsaydı, iki milyon əhalisi olan soyqırımçı sionist rejim müsəlmanlar üçün belə bir vəziyyət yarada bilməzdi. Bizi müxtəlif etnik və dini qruplara ayırıb, bir-birimizə qarşı qoyublar. Bu uşaq öldürən rejim cinayətlər törədir və heç kim onun cavabını vermir. Çünki Amerika onları müdafiə edir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .