21 fevral 2025 at 15:22
Jurnalist kodu: 5564
Xəbər kodu: 85757903
T T
0 Persons
İRNA-nın baş direktoru: Müqavimətin aşındırıcı strategiyası hələ də ən yaxşı həll yoludur

Tehran - İRNA - Diplomat və İslam Respublikası Xəbər Agentliyinin (İRNA) baş direktoru hesab edir ki, müqavimətin aşındırma strategiyası hələ də ən yaxşı həll yoludur və inanır ki, 7 oktyabr 2023-cü ildə “Əl-Əqsa Tufanı” əməliyyatı İsrail üçün siyasi, hərbi və təhlükəsizlik zəlzələsi olub və bu rejimin struktur zəifliyini ortaya qoyub.

Diplomat və İslam Respublikası Xəbər Agentliyinin (İRNA) baş direktoru Hüseyn Cabiri Ənsarinin “Əsre Əndişe” (Düşüncə əsri) jurnalına verdiyi müsahibəsinin ən mühüm məqamları bunlardır:

- Məncə, 7 oktyabr əməliyyatı İsrail üçün siyasi, hərbi və təhlükəsizlik zəlzələsi kimi oldu və bu zəlzələ rejimin struktur zəifliyini ortaya qoydu. Amma bunu İsrailin sonu kimi təsəvvür etmək olmaz, necə ki, İsrailin gücü ilə bağlı onun yenilməz olması kimi təsəvvürlərə qapılmaq olmaz.

- Oktyabr əməliyyatı açıq şəkildə İsrail üçün hərbi və təhlükəsizlikdən tutmuş strateji və siyasi səviyyələrə qədər bütün səviyyələrdə böyük bir məğlubiyyət idi. Bəs bu məğlubiyyət İsrailin sonu deməkdirmi? Qətiyyən yox.

İRNA-nın baş direktoru: Müqavimətin aşındırıcı strategiyası hələ də ən yaxşı həll yoludur

- İsrail yarandığı gündən bu günə qədər dünya güclərinin dəstəyi və iştirakı ilə formalaşan və davam edən beynəlxalq fenomendir. Beynəlxalq güclərin, xüsusilə İngiltərə və ABŞ-ın müdaxiləsi olmasaydı, İsrailin qurulması mümkün olmazdı.

- Fələstin probleminin həlli prosesini dalana dirədən, İsrailin işğalçılıq və hegemonluq xarakteridir. İsrail Fələstini tamamilə ələ keçirməkdən az bir şeylə kifayətlənmir və bu mövqedən geri çəkilməyi tələb edən hər hansı razılaşma və ya güzəşti qəbuledilməz hesab edir.

- Beynəlxalq güc strukturu İsraili tərk edərsə, bu qurum bir-üç il ərzində tamamilə yox olacaq.

- Beynəlxalq güclər İsrailin qurulmasında fundamental rol oynadığı kimi, bu rejimin davam etdirilməsi də eyni strukturun dəstəyindən ciddi şəkildə asılıdır. Bu dəstək olmasaydı, İsrail heç vaxt bu şəkildə yaşaya bilməzdi.

- Vaxtilə ərəblərin əsas şüarı olan Fələstinin tam azadlığı uğrunda mübarizə idealı beynəlxalq danışıqlar və razılaşmalar çərçivəsində məhdud və güzəştli məqsədlərə çevrildi. Bu istiqamət dəyişikliyi İsraillə qarşıdurma strategiyalarında mövcud olan ifrat-təfritlərin əksi idi: Klassik azadlıq müharibələrindən tam sülhün və kompromislərin qəbuluna qədər. Ərəb ölkələri bir-birinin ardınca İsrailə müqavimət göstərmək əvəzinə sülh və barışıq yolunu tutdular. Amma torpaq üçün sülh strategiyası nəinki Fələstini azad etmədi, həm də Ərəb ölkələrinin İsraili dəstəkləməkdə iştirakına səbəb oldu.

- İran İslam İnqilabı nə klassik müharibəyə, nə də təslim və güzəştə əsaslanan üçüncü bir yol təklif etdi. Bu üçüncü yol aşındırıcı və uzunmüddətli müqavimət xətti idi. Bu strategiyaya görə, əgər beynəlxalq güc balansları İsraillə birbaşa hərbi qarşıdurmaya imkan vermirsə, bu, mövcud reallığa təslim olmaq demək deyil.

Bu proses bir gecədə və birdən-birə deyil və onu dərhal bitirmək üçün heç bir sehrli açar yoxdur. Əslində, müqavimət davam etməlidir ki, rejim tədricən aşınsın və uyğun regional və beynəlxalq şərait yarananda biz onun daxildən dağılmasının şahidi olaq.

- İran İslam İnqilabının özü belə bir prosesə misaldır. İllər keçdikcə və mövcud güc strukturunun aşınması ilə nəticələnən bir fenomen. Beləliklə, İsrailə qarşı aşındırıcı müqavimət strategiyası da regional və beynəlxalq bərabərliklərdə dəyişiklik gətirmək üçün bir yoldur və bu layihənin çökməsinə və Fələstinin azadlığına səbəb ola bilər.

- Müqavimət liderlərinin şəhid olması heç vaxt mübarizənin sonu və ya nailiyyətlərin dayanması demək deyil.

- İsrail açıq şəkildə bütün beynəlxalq qanunlardan kənar hərəkət edir və istədiyini edir. İyirmi ildən artıqdır ki, İran nüvə proqramı ola biləcəyinə dair iddialara görə güclü təzyiq altında olduğu bir halda yüzlərlə nüvə başlığına sahib olan və regionda rəsmi olaraq nüvə rejimi kimi tanınan İsrailin heç cür beynəlxalq cavabdehliyi yoxdur. Bu, İsraili dəstəkləyən və ona cinayətlərini davam etdirməyə imkan verən həmin qlobal güc strukturudur. Belə bir şəraitdə İsrailə müqavimət təkcə zəruri deyil, həm də qaçılmazdır.

- Müqavimət çətin və baha başa gələn yol olsa da, bu qlobal layihəyə qarşı durmağın və daha yaxşı gələcəyə ümid yaratmağın yeganə yoludur.

İRNA-nın baş direktoru: Müqavimətin aşındırıcı strategiyası hələ də ən yaxşı həll yoludur

- Real sülhə nail olmaq hətta minimal standartlara, məsələn, Fələstin ərazisinin 20 və ya 22 faizinə dair razılaşmaya əsaslansaq belə, mümkünsüz görünür. İsrailin tarixi təcrübəsi və sosial və siyasi proseslər göstərdi ki, sülh həllinin praktikada yeri yoxdur. Belə bir şəraitdə yeganə real və praktik həll yolu müqavimət strategiyasını davam etdirməkdir. Çünki dialoq və sülh nəinki həll yolu olmayıb, əslində İsrail tərəfindən rədd edilib.

- İsrailə və sionizmə müqavimət göstərmək onun regionda hökmranlığını genişləndirmək üçün nəzərdə tutulmuş böyük, çoxqatlı layihənin qarşısında dayanmaq deməkdir. Müqavimət bu layihəyə qarşı durmaq istəyirsə, bu yolun bədəlini ödəməyə və çətinliklərini çəkməyə tam hazır olmalıdır. Bu meydan hər kəsin girə biləcəyi bir meydan deyil. Bu, bir günün, bir ayın, hətta bir ilin döyüş meydanı deyil. Bu meydan çox çətin, mürəkkəb və uzundur. Bu aşındırıcı yolun çətinliklərinə, mübarizənin şəhadət və itkilərinə dözə bilməyən hər kəs evinə qayıtsa yaxşıdır. Bu yol məqsədin, yol xəritəsinin və strategiyanın dəqiq başa düşülməsini tələb edir. Bu hallarda ən kiçik səhv doğru yoldan sapmağa səbəb ola bilər.

- Sionist rejim müqavimət oxunu yanlış anlamışdır. Hazırkı vəziyyətdə İsrail rəsmilərinin ədəbiyyatı bu rejimin narahatlığını və daxili böhranını açıq şəkildə əks etdirir. Onların son iki-üç ayda verdiyi açıqlamalar və təhlillər göstərir ki, İsrail bütün gücünü səfərbər edərək dağılmanın qarşısını almağa çalışsa da, hələ də güclü və planlı müqavimətə qarşı kövrəkdir. 

- Nə Qəzzə bitməyib, nə Livan, nə də müqavimət oxunun başqa bir yeri. Bu döyüşlər nəinki bitməyib, həm də bir xalqın iradəsini əks etdirir. Qəzzədə evlər dağıdılıb, amma xalq hələ də öz torpaqlarında dayanır.

Digər tərəfdən, əgər İsrail həqiqətən də qələbə qazansaydı, yeni cəbhələr açmağa və ya Tehranda terrorlar həyata keçirməyə ehtiyac qalmazdı. Yeni cəbhələrin açılması İsrailin qəti qələbə iddiasında acizliyini nümayiş etdirir.

- Əgər İsrail bu gün Qəzzədə qalib gəldiyini elan etsə, müqavimət yerin altından yer üzünə gələcək və təşəbbüsü ələ keçirəcək. Bu onu göstərir ki, bütün itkilərə baxmayaraq, strateji səhnə hələ də müqavimətin əlindədir.

- Fələstinlilər artıq xilaskar gözləmirlər. Onlar bilirlər ki, müqavimətin əsas yükünü özləri daşımalıdırlar. Başqalarının köməyi vacibdir, lakin missiyanın əsası öz üzərlərindədir. Zehniyyətdəki bu dəyişiklik Qəzzədə geniş miqyasda dağıntılara və minlərlə insanın həlak olmasına baxmayaraq, fələstinlilərin öz torpaqlarına bağlı qalmasına səbəb olub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .