22 fevral 2025 at 13:57
Jurnalist kodu: 5564
Xəbər kodu: 85758829
T T
0 Persons
ABŞ Starlink internetini kəsməklə hədələyərək Ukraynadan bac alır

Ukraynaya mühüm mineral ehtiyatlarına çıxış üçün təzyiq göstərən ABŞ hökuməti Kiyevin bu tələbi qəbul etməsi üçün ölkənin Starlink peyk internetinə çıxışını kəsə bilər.

Reuters agentliyinin məlumatına görə, ABŞ-ın maliyyə naziri Skott Bessantın ilkin təklifinin Ukrayna hakimiyyəti tərəfindən rədd edilməsindən sonra Ukraynanın SpaceX-in Starlink İnternetinə çıxışını davam etdirməsi şübhə altındadır.

Starlink peyk interneti müharibə şəraitində olan Ukraynada rabitənin davamlılığında çox mühüm rol oynayır və ölkə ordusu bu xidmətlərdən geniş istifadə edir. 

Ötən həftə Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynanın 500 milyard dollarlıq mədən sərvətinin ABŞ-ın ölkəyə müharibə vaxtı yardımını ödəmək üçün ayrılması tələbini rədd edərək, “ABŞ bunun müqabilində heç bir xüsusi təhlükəsizlik zəmanəti verməyib” demişdi.

Son üç il ərzində Mask 2022-ci ilin fevralında Rusiyanın işğalından sonra ölkənin dağıdılan telekommunikasiya şəbəkəsini əvəz etmək üçün minlərlə Starlink terminalını Ukraynaya köçürüb.  Mask Ukraynada buna görə qəhrəman kimi qarşılanıb, lakin iki il sonra o, Zelenskinin Rusiya ilə müharibədəki fəaliyyətini tənqid etdiyi üçün Ukraynanın xidmətə çıxışını məhdudlaşdırıb.

Sizin rəyiniz

You are replying to: .