23 fevral 2025 at 22:43
Jurnalist kodu: 5561
Xəbər kodu: 85760608
T T
0 Persons
Pezeşkiyan: Hizbullah yaşayır və öz iftixarlı yolunu daha güclü şəkildə davam etdirir

Tehran - İRNA - Prezident Hizbullahın yaşadığını və öz iftixarlı yolunu daha güclü və möhkəm şəkildə davam etdirdiyini bildirərək deyib: “Nə qədər ki, zülm və təcavüz var, şəhid Nəsrullah kimi böyük insanlar olacaq ki, zülmün qarşısında dayansın və işğalçıların şər məqsədlərinin həyata keçməsinə imkan verməsin.”

Məsud Pezeşkiyan bazar günü hökumət heyətinin iclasında müqavimət cəbhəsinin böyük mücahidləri, şəhid Seyid Həsən Nəsrullah və sionist rejim tərəfindən bu yaxınlarda şəhid olmuş digər fədakar döyüşçülərin xatirəsini ehtiramla yad edərək deyib: “Şəhid Nəsrullahı itirmək böyük faciə olsa da, müqavimət yolunda heç bir xələl yaranmayacaq. Bu böyük mücahidin şəhadəti ilə müqavimətin işinin bitəcəyini düşünmək xam xəyaldan başqa bir şey deyil. Hizbullah həmişəki kimi yaşayır və bu iftixarlı yolda daha güclü və möhkəm davam edəcək.”

Prezident vurğulayıb: “Nə qədər ki, zülm və təcavüz var, şəhid Nəsrullah kimi böyük insanlar olacaq ki, zülmün qarşısında dayansın, işğalçıların və zülmkarların şər məqsədlərinin həyata keçməsinə imkan verməsin.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .