HƏMAS sionistlərin İbrahimi məscidində onlarla insanın şəhadəti ilə nəticələnən cinayətinin ildönümünə dair yaydığı bəyanatda bildirib: “Sionist rejimin cinayətləri bu rejimə legitimlik vermir və İsrail ərazimizin bir qarışında belə hakimiyyətə malik ola bilməz.”
HƏMAS həmçinin vurğulayıb ki, sionistlərin İordan çayının qərb sahili və Qüdsdə yəhudiləşdirmə və qəsəbə tikintisi planları onlara legitimlik vermir və sionist rejim Fələstin xalqının iradəsini və müqavimətini qıra bilməz.
HƏMAS bəyanatın davamında bir daha Beynəlxalq Cinayət Məhkəməsini sionist rejimin başçılarını Fələstin xalqına qarşı törətdikləri cinayətlərə görə mühakimə etməyə çağırıb.
Sizin rəyiniz