25 fevral 2025 at 13:51
Jurnalist kodu: 5564
Xəbər kodu: 85762021
T T
0 Persons
HƏMAS: İşğalçılar Fələstin xalqının iradəsini qırmağa qadir deyil

Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) İbrahimi məscidində sionist rejim cinayətinin 31-ci ildönümü münasibətilə yaydığı bəyanatında vurğulayıb ki, işğalçılar öz cinayətləri ilə Fələstin xalqının iradəsini qırmağa qadir deyil.

HƏMAS sionistlərin İbrahimi məscidində onlarla insanın şəhadəti ilə nəticələnən cinayətinin ildönümünə dair yaydığı bəyanatda bildirib: “Sionist rejimin cinayətləri bu rejimə legitimlik vermir və İsrail ərazimizin bir qarışında belə hakimiyyətə malik ola bilməz.”

HƏMAS həmçinin vurğulayıb ki, sionistlərin İordan çayının qərb sahili və Qüdsdə yəhudiləşdirmə və qəsəbə tikintisi planları onlara legitimlik vermir və sionist rejim Fələstin xalqının iradəsini və müqavimətini qıra bilməz.

HƏMAS bəyanatın davamında bir daha Beynəlxalq Cinayət Məhkəməsini sionist rejimin başçılarını Fələstin xalqına qarşı törətdikləri cinayətlərə görə mühakimə etməyə çağırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .