25 fevral 2025 at 16:08
Jurnalist kodu: 5564
Xəbər kodu: 85762157
T T
0 Persons
İlk dəfə; Ordu Dəniz Qüvvələri və SEPAH Aerokosmik Qüvvələrinin birgə raket əməliyyatları

Tehran - İRNA - Ordu Dəniz Qüvvələri ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri arasında ilk müştərək raket əməliyyatı İran İslam Respublikası Ordusunun Zülfiqar təliminin davamı olaraq dənizdə hədəfini məhv etməklə həyata keçirilib.

Ordu Hərbi Dəniz Qüvvələri və SEPAH Aerokosmik Qüvvələri Ordunun Zülfiqar Qərargahının komandanlığı altında birgə əməliyyatda dəniz qanadlı və ballistik raketləri ataraq, Hind okeanının şimalında simulyasiya edilmiş hədəfi tamamilə məhv edərək suda batırmağa müvəffəq olub.

İran İslam Respublikası Ordusunun “Zülfiqar 1403” müştərək təliminin sözçüsü general-mayor Əlirza Şeyx bununla bağlı deyib: “Bu gün səhər saatlarında Hərbi Dəniz Qüvvələrinə məxsus raket daşıyıcısı Hind okeanının şimalındakı sularda dəniz hədəfini məhv etmək üçün qanadlı raket atdı.”

“Eyni zamanda, Ordunun Zülfiqar Qərargahının komandanlığı altında keçirilən birgə əməliyyat zamanı SEPAH Aerokosmik Qüvvələrinin ballistik raketi də eyni hədəfi vurdu və nəzərdə tutulan hədəf suda batdı” - deyə, general-mayor Əlirza Şeyx əlavə edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .