İran və Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirləri Qulamrza Nuri Qezilcə və Məcnun Məmmədov telefon danışığında iki ölkə arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Kənd Təsərrüfatı Cihad naziri bildirib: “İran elmi tədqiqat sahələrində ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə və genişləndirməyə, kənd təsərrüfatı məhsulları ticarətinin həcmini artırmağa və bu malların tranzitini asanlaşdırmağa hazırdır.”
Bu telefon danışığında Azərbaycanın Kənd Təsərrüfatı naziri Məmmədov da iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün əhəmiyyətli potensiala toxunub və yaxın gələcəkdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə birgə komitənin yaradılmasını istəyib.
Bu söhbətdə Nuri və Məmmədov gələn ay ərzində İran və Azərbaycan Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə müştərək komitə yaratmaq, kənd təsərrüfatı sektorunun müxtəlif sahələrində əməkdaşlıq və iki ölkə arasında kənd təsərrüfatı məhsulları və mallarının ticarətini asanlaşdırmaq üçün əsas sənədləri hazırlayıb imzalamaq barədə razılığa gəliblər.
Sizin rəyiniz