1 mart 2025 at 09:32
Jurnalist kodu: 5564
Xəbər kodu: 85765320
T T
0 Persons
Tramp: Zelenski Amerikaya hörmətsizlik etdi; o, sülhə hazır deyil

New York - İRNA - ABŞ prezidenti Donald Tramp Ağ Evdəki ofisində Vladimir Zelenskinin üstünə qışqırdıqdan və onu təhqir etdikdən sonra deyib: “Zelenski Amerikaya hörmətsizlik etdi və sülhə hazır deyil.”

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə gərgin görüşdən və dəfələrlə onun başına qışqırdıqdan və aşağılayandan sonra özünün Truth Social sosial media hesabında yazıb: “Bu gün Ağ Evdə çox mənalı görüş keçirdik. Çox şeylər öyrənildi. Bu, atəş və təzyiq altında dialoq olmadan heç vaxt mümkün olmazdı.”

Tramp əlavə edib: “Mənim qiymətləndirməm odur ki, prezident Zelenski ABŞ müdaxilə edərsə, sülhə hazır deyil, çünki o, hisab edir ki, bizim iştirakımız danışıqlarda ona böyük üstünlük verir.”

ABŞ prezidenti sonra yazıb: "Mən heç bir üstünlük istəmirəm, mən sülh istəyirəm. O, Oval kabinetdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər.”

Sizin rəyiniz

You are replying to: .