“İşğalçıların Rəfah oxundan geri çəkilməməsi Fələstin xalqı və Misir xalqı, hökuməti və ordusu üçün təhlükəli təhdiddir” - deyə, o əlavə edib.Ənsarullah lideri deyib: “Düşmən xüsusilə humanitar kontekstdə üzərinə götürdüyü bir çox öhdəlikləri yerinə yetirməyib, həmçinin Rəfah oxundan geri çəkilmək də daxil olmaqla, digər öhdəliklərindən də yayınır.”
Əl-Husi qeyd edib ki, düşmən Livanın cənubundan tam geri çəkilməyib və bu, işğalçılıq, Livan xalqı üçün təhlükə və ölkənin suverenliyinin pozulmasıdır.Hərəkat rəhbəri bildirib: “Sionist rejim Suriyanın üç cənub vilayətində hər gün daha çox ərazini işğal edərək irəliləyir.”
“Amerika və sionist rejim indiki mərhələdə İslam ümmətinə qarşı görünməmiş həyasızlıqla rəftar edir. Amma İslam ümməti düzgün mövqe tutsa və məsuliyyət daşısa, düşmənə qarşı çıxa bilər”- o, bəyan edib.Əl-Husi deyib: “Tramp şənbə gününə kimi sionist əsirlərin azad edilməsi ilə hədələyəndə biz müharibəyə girməyə və hərbi müdaxiləyə hazır idik.”
Ənsarullah Hərəkatının baş katibi bildirib: “İsrailli əsirlər Trampın təyin etdiyi tarixdə azad edilmədikdə o, işlərin onun istədiyi kimi olmadığını, istədiyini tətbiq edə bilməyəcəyini başa düşdü.”
Sizin rəyiniz