1 mart 2025 at 13:36
Jurnalist kodu: 5564
Xəbər kodu: 85765714
T T
0 Persons

İran Prezidenti İRNA-da olub

1 mart 2025 at 13:36
Xəbər kodu: 85765714
İran Prezidenti İRNA-da olub

Tehran - İRNA - Prezident İslam Respublikası Xəbər Agentliyinin (İRNA) 90 yaşının tamam olması münasibətilə bu media qurumunun müxtəlif şöbələrini ziyarət edib, İRNA-nın baş direktoru, menecerləri, redaktorları, müxbirləri, operatorları və əməkdaşları ilə görüşüb, söhbət edib.

14-cü hökumətin başçısı Prezident Məsud Pezeşkiyan bu gün 1 mart, şənbə günü səhər saatlarında İRNA Xəbər Agentliyinin 90 yaşının tamam olması münasibətilə bu media qurumunun müxtəlif şöbələrində olub, İslam Respublikası Xəbər Agentliyinin redaksiyasından xəbərlərin yayım prosesi ilə tanış olub.

Prezident həmçinin İRNA-nın baş direktoru Hüseyn Cabiri Ənsari, menecerləri, redaktorları, müxbirləri, operatorları və digər əməkdaşları ilə görüşüb və söhbət edib. Bundan sonra İRNA-nın redaksiyasında olub və jurnalistlərlə səmimi söhbət edib.

Qeyd edək ki, Prezidentin İslam Respublikası Xəbər Agentliyində iştirakı ilə eyni vaxtda 90 illik yubiley markası və İRNA-nın şifahi tarix kitabının təqdimatı olub.1313-cü günəş ilində (m.1934) Xarici İşlər Nazirliyində Pars Agentliyi adlı bir idarə yaradıldı ki, ölkədə baş verən xəbərləri toplayıb ictimaiyyətə və mətbuata çatdırsın.

Bundan əlavə, agentlik fars və fransız dillərində səhər və axşam iki qəzet çıxararaq məsul şəxslərə, xarici xəbər agentliklərinə və qəzetlərə göndərirdi, Fransa xəbər agentlikləri, Reuters, Associated Press, United Press və Anadolu ilə xəbər müqavilələri var idi.

Pars Agentliyi 1332-ci günəş ilindən (m.1953) xəbər agentlikləri, radio, televiziyadan və mətbuatdan xəbərləri müxtəlif dillərə tərcümə edir və dərc edirdi. İslam İnqilabının qələbəsindən sonra 1360-cı günəş ilində (m.1981) bu xəbər agentliyinin adı dəyişdirilərək İslam Respublikası Xəbər Agentliyi (İRNA) oldu və yeni dövrə başladı.

0 Persons

Sizin rəyiniz

You are replying to: .