HƏMAS sözçüsü Hazim Qasim vurğulayıb ki, hazırda hərəkat ilə sionist rejim arasında Qəzzə zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar aparılmır.
Hərəkat rəsmisi bu mərhələdə danışıqların başlanmasının ləngiməsinə görə sionist rejimin məsuliyyət daşıdığını bəyan edərək deyib: “İşğalçı rejim əsirləri geri qaytarmağa çalışır. Halbuki, Qəzzəyə qarşı təcavüzün bərpası variantını açıq saxlayır.”
H. Qasim həmçinin sionist rejimin müharibəni bitirmək və Qəzzə zolağından tamamilə geri çəkilmək öhdəliyindən boyun qaçırmaq səylərini tənqid edib. Bu rejimin nazirlər kabinetinin təklifinə uyğun olaraq birinci mərhələnin uzadılmasını tamamilə qəbuledilməz hesab edib.
O əlavə edib ki, sionist rejim vəziyyəti pozaraq və mürəkkəbləşdirərək prosesi sıfıra qaytarmağa çalışır.
Sizin rəyiniz