General-mayor Əlirza Səbahifard şənbə günü ölkənin Hava Hücumundan Müdafiə kompleksinin komandirləri və yüksək səviyyəli rəhbərlərinin toplantısında deyib: “Yorulmaz səylər ilə İslam İnqilabı və Silahlı Qüvvələrin Ali Baş Komandanının dəyərli gözləntiləri səviyyəsində hava hücumundan müdafiə ardıncayıq.”
Səbahifərd Müqəddəs Müdafiə dövründə müdafiə ləvazimatlarının istehsalı ilə bağlı problemləri izah edərək deyib: “Ölkəmizin hazırkı iqtidarı düşmənlərinin gözündə tikandır.”
Xatəmül-Ənbiya Birləşmiş Hava Hücumundan Müdafiə Qərargahının komandiri deyib: “Ölkənin Hava Hücumundan Müdafiə kompleksinin həmrəyliyi və birliyi ilə İranın səması düşmənlər və təcavüzkarlar üçün əlçatmazdır.”
“Təhdidlərə uyğun texnika və taktikaların dəyişdirilməsi, şübhəsiz ki, düşmənləri çaşdırır. Bu yanaşma ölkənin Hava Hücumundan Müdafiə kompleksi çərçivəsində həyata keçirilir” - deyə, o, bəyan edib.
Sizin rəyiniz