Misirin Xarici İşlər naziri Bədr Əbdül Ati deyib: “Biz Avropa İttifaqı ölkələrinin Qəzzədə atəşkəsin möhkəmlənməsi və onun davamlı olması üçün əlavə səylər göstərəcəklərinə ümid edirik.”
O, fələstinliləri köçürmədən Qəzzə zolağının yenidən qurulmasına çalışmağın vacibliyini vurğulayaraq deyib: “UNRWA (BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) və onun Qəzzə zolağı və Fələstin ərazilərindəki roluna alternativ yoxdur.”
Əbdül Ati bildirib ki, biz Amerika və Qətər tərəfləri ilə atəşkəsin davamlılığını və ikinci mərhələ danışıqlarının başlanmasını təmin etmək üçün işləyirik.
“Fələstin dövləti qurulmadan regionda heç vaxt təhlükəsizlik olmayacaq. Biz Qəzzə zolağının yenidən qurulması planına beynəlxalq dəstək toplamaq üçün çalışırıq. Eləcə də, Misir Qəzzədə atəşkəs danışıqlarının ikinci mərhələsinə başlamaq üçün səylərini davam etdirəcək” - deyə, o, bəyan edib.
Sizin rəyiniz