4 mart 2025 at 09:47
Jurnalist kodu: 5564
Xəbər kodu: 85768430
T T
0 Persons
Sionist qoşunları Suriyanın cənub-qərbindəki bölgələrə daxil olub

Tehran - İRNA - Xəbər mənbələri sionist rejim hərbçilərinin Suriyanın Quneytra əyalətinin yeni bölgələrinə daxil olduqlarını bildiriblər.

Bir qrup sionist hərbçi öz ağır texnikası ilə Quneytra vilayətinin Musəhhərə qəsəbəsinə daxil olub.

Helikopter və PUA-ların köməyi ilə həyata keçirilən bu irəliləyişdə sionist hərbçilər Musəhhərə və Əl-Təyhə yaşayış məntəqələri arasındakı yolu kəsiblər.

Bəzi mənbələr işğalçı qüvvələrin Dəra və Quneytra əyalətlərinin sərhəddindəki Təl əl-Mal bölgəsinə gəlməsi barədə də məlumat verir.

Bu, Bəşər Əsəd hökumətinin devrilməsindən sonra sionist rejim hərbçilərinin Suriya ərazisinə ən dərin nüfuz etməsidir.

Sizin rəyiniz

You are replying to: .