Sionist rejimin xarici işlər naziri Gideon Saar Təl-Əvivin yalnız Qəzzə zolağında tam tərksilah olarsa, atəşkəsin ikinci mərhələsinə girməyə hazır olduğunu açıqladıqdan sonra HƏMAS onun sözlərinə reaksiya verib.
HƏMAS liderlərindən olan Sami Əbu Zuhri çərşənbə axşamı AFP-yə müsahibəsində vurğulayıb ki, müqavimətin silahı qırmızı xəttdir və bu hərəkat heç vaxt Qəzzənin yenidən qurulması və ya humanitar yardımın gəlməsi üçün silahını müamilə etməyəcək.
O əlavə edib ki, müqavimətin tərksilah edilməsi ilə bağlı istənilən müzakirə əsassızdır. Bu məsələ təkcə HƏMAS üçün deyil, bütün Fələstin qrupları üçün müzakirə olunmaz və güzəştsizdir.
Sizin rəyiniz