4 mart 2025 at 19:59
Jurnalist kodu: 5561
Xəbər kodu: 85769191
T T
0 Persons

İran dünyanın ən böyük qaçqın qəbul etdiyi ölkələrdəndir

4 mart 2025 at 19:59
Xəbər kodu: 85769191
İran dünyanın ən böyük qaçqın qəbul etdiyi ölkələrdəndir

Tehran - İRNA - Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı bildirib: “İran dünyanın ən böyük qaçqın qəbul etdiyi ölkələrdən biridir və son dörd onillikdə 3,8 milyon qaçqına və oxşar qaçqın vəziyyətində olan insanlara dəstək verib. Bu ölkə əsasən Əfqanıstan və İraqdan olan qaçqınlara səhiyyə və təhsil xidmətləri təşkil etmək və dolanışıq imkanlarına çıxış şəraiti yaratmaqla onlara dəstək olmaq öhdəliyini nümayiş etdirib.”

BMT-nin Ümumdünya Ərzaq Proqramı qeyd edib ki, Yaponiya hökumətinin İran İslam Respublikasına sığınmış qaçqınlara yardım proqramını dəstəkləmək üçün 360,000 ABŞ dolları məbləğində qrant ayırmasını alqışlayır.

Bu yardım İranın evsahibi şəhərlərində qalan həssas şəraitli qaçqınların ehtiyac duyduğu buğda ununu almaq üçün istifadə olunacaq.

Təşkilatın açıqlamasının başqa bir hissəsində bildirilir: “Ümumdünya Ərzaq Proqramı hazırda ölkənin 20 evsahibi şəhərlərində yaşayan 33,000 əfqan və iraqlı qaçqına qida, təhsil və dolanışıq yardımı göstərir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .