5 mart 2025 at 11:33
Jurnalist kodu: 5564
Xəbər kodu: 85769687
T T
0 Persons
BMT və Qızıl Xaç Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəlikləri bağlanacaq

Tehran - İRNA - Azərbaycan Respublikasının hakimiyyət orqanları Birləşmiş Millətlər Təşkilatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin bu ölkədəki ofislərini bağlayacaqlar.

Azərbaycan Prezidentinin aparatı bu ölkənin Nazirlər Kabinetinə və Xarici İşlər Nazirliyinə beynəlxalq təşkilatların ofislərinin bağlanması üçün lazımi tədbirlər görməyi tapşırıb.

Məlumatlara görə, bu sərəncama əsasən, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, UNİCEF (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin, Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisləri bağlanmaq ərəfəsindədir.

Azərbaycan Respublikasının KİV-ləri bu məsələdə Ermənistanı ittiham edərkən, həmin təşkilatların və idarələrin bağlanma səbəbləri ilə bağlı yazır ki, bu təşkilatların bir çoxu ilk olaraq qaçqınlara yardım bayrağı altında Azərbaycan Respublikasına daxil olub. Amma onlar qaçqınlara və məcburi köçkünlərə yardım etmək əvəzinə, Qarabağın bərpası üçün real yardım əvəzinə, hazırda qeyri-hökumət təşkilatlarının (QHT) şübhəli proqramlarına dəstək verirlər.

Sizin rəyiniz

You are replying to: .