İşğalçı rejim əsgərləri Tulkərmdəki Nur Şəms düşərgəsində partlayıcılardan istifadə edərək dağıntı əməliyyatlarını davam etdirir.
Eyni kontekstdə “Əl-Mənar” telekanalı da İordan çayının qərb sahilinin cənubundakı Əl-Xəlildə yerləşən Beyt Əmr qəsəbəsində fələstinlilərlə işğalçı qüvvələr arasında toqquşma baş verdiyini xəbər verib.
Sionist işğalçı qüvvələr həmçinin Cenin əyalətinin Əl-Ərqə kəndlərinin minlərlə hektarını müsadirə ediblər.
Sionist rejim hərbçiləri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin cənubunda yerləşən Əl-Xəlil şəhərində şəhid Məhəmməd Məsk və fələstinli əsir Əhməd Əl-Heymuninin evini də partladıblar.
Sizin rəyiniz