8 mart 2025 at 09:38
Jurnalist kodu: 5564
Xəbər kodu: 85771979
T T
0 Persons
Yəmən: Qəzzaya yardım girməsə, Yəmən dəniz qüvvələrinin İsrail rejiminə qarşı əməliyyatı bərpa olunacaq

Tehran - İRNA - Yəmənin Ənsarullah hərəkatının lideri vasitəçilərə 4 günlük möhlət verib ki, humanitar yardım Qəzzaya çatmasa, Yəmən dəniz qüvvələrinin İsrail rejiminə qarşı əməliyyatları bərpa olunacaq.

Seyid Əbdülməlik Bədrəddin Əl-Husi cümə günü gecə saatlarında video çıxışında xəbərdarlıq edib: Əgər sionist rejimin humanitar yardımların Qəzzəyə daxil olmasının qarşısını almağa və keçidləri tamamilə bağlamaq cinayəti davam edərsə, Yəmən silahlı qüvvələrinin sionist düşmənə qarşı dəniz əməliyyatları yenidən başlayacaq.

O vurğulayıb ki, Yəmən gərginliyin artmasının və Qəzza zolağına yardımların gəlməsinə maneə törədilməsinə və Fələstindən bu bölgəsinə aclığın qaytarılmasına şahidi ola bilməz ola bilməz.

Yəmən Ənsarullahının lideri bildirib: Sionist düşmən öz öhdəliklərini kəmiyyət və keyfiyyət baxımından xeyli azaldıb və xəstə və yaralıların Qəzzədən müalicə üçün getməsində, o cümlədən Rəfah keçidində nəzərəçarpacaq dərəcədə azalma var.

O əlavə edib: İsrail rejimi aclıq yolu ilə yenidən soyqırım cinayəti törətmək istəyir və bu hərəkətə dözmək olmaz.

0 Persons

Sizin rəyiniz

You are replying to: .