Oman müftisi “X” sosial şəbəkəsindəki şəxsi səhifəsində dərc etdiyi mesajda Qəzza əhalisinin vəziyyətini kritik adlandırıb.
O, işğalçı İsrail rejiminin cinayətləri nəticəsində Qəzzada amansız mühasirə və fəlakətli humanitar şəraitə toxunaraq, bütün müsəlmanları və dünyanın hər yerindən azad insanları Qəzzanın məzlum xalqının köməyinə tələsməyə çağırıb.
Əl-Xəlili Fələstin xalqı üçün həmrəylik və dəstəyin zəruriliyini vurğulayaraq deyib: Biz çətin anlarda ailəmizə və yaxınlarımıza dəstək olduğumuz kimi, Qəzzə xalqının yanında olmağa və onlara kömək etməyə borcluyuq.
Sizin rəyiniz