9 mart 2025 at 14:23
Jurnalist kodu: 5564
Xəbər kodu: 85773418
T T
0 Persons
İran: Kanada başqalarını günahlandırmaq əvəzinə öz yerli əhalisini müstəmləkəçiliklə məhv etmək siyasətini dayandırsın

Tehran - İRNA - İranın Xarici İşlər nazirnin köməkçisi və XİN-nin Amerika işləri üzrə bölməsinin baş direktoru Kanada hökumətinin insan haqlarının pozulması və regional fəaliyyətlər bəhanəsi ilə bir neçə iranlı fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etməsini pisləyib və Kanada rəsmilərinə tövsiyə edib ki, başqalarını günahlandırmaqdansa, öz ölkəsi daxilində və xaricdə öz təcrübələrini hərəkətlərinə düzəliş versinlər, yerli əhalinin sistematik şəkildə müstəmləkəçiliklə məhv edilməsi siyasətini dayandırmaqla yanaşı, Qəzzə xalqının soyqırımında iştirak etdiklərinə görə cavabdeh olsunlar.

İsa Kamili deyib: “Kanadanın insan haqları bəhanəsi ilə İrana qarşı yeni sanksiyalar tətbiq etməsi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və ölkələr arasında azad ticarəti tənzimləyən beynəlxalq hüququn prinsiplərini pozan siyasi addım və saxtakarlıqdır. Ona görə də bu, İran xalqının insan hüquqlarını pozan haqsız və qeyri-qanuni hərəkət hesab olunur və Kanada hökuməti buna görə beynəlxalq məsuliyyət daşıyır.”

Xarici İşlər Nazirliyinin Amerika üzrə departamentinin baş direktoru həmçinin Kanadanın Fələstin xalqına qarşı soyqırımda qəsdən iştirak etmək və əlbir olmaq da daxil olmaqla insan haqlarını əsas pozanlar sırasında olduğunu bəyan edərək Kanada rəsmilərinə tövsiyə edib ki, başqalarını günahlandırmaq əvəzinə, həm ölkə daxilində, həm də xaricdə öz hərəkətlərini düzəltsin, yerli əhalinin sistematik şəkildə müstəmləkəçiliklə məhv edilməsi siyasətini dayandırmaqla yanaşı, sionist rejimin Fələstin xalqına qarşı törətdiyi soyqırım və müharibə cinayətlərində və onların insan hüquqlarının digər pozuntularında iştiraklarına görə cavabdeh olsun.

0 Persons

Sizin rəyiniz

You are replying to: .