İran İslam Respublikasının Prezidenti doktor Məsud Pezeşkiyan və Norveçin Baş naziri Yonas Qar Stör bu bazar günü günortadan sonra telefon danışığında iki ölkə arasındakı ikitərəfli və çoxtərəfli məsələləri və əlaqələri müzakirə ediblər.
Prezident bu telefon danışığında İran və Norveç arasındakı yaxşı münasibətlərə, eləcə də iki ölkə arasında regional və beynəlxalq məsələlərdə əməkdaşlıq sahələrinə toxunaraq, Norveçin regionda sülhün bərqərar olması səylərini yüksək qiymətləndirib.
Doktor Pezeşkiyan regionda və dünyada baş verən hazırkı hadisələrə və həssas vəziyyətə toxunub, İran İslam Respublikasının hər zaman regionda sülh, sabitlik və təhlükəsizliyin qoruyucusu olduğunu, mümkün qədər hər hansı müharibə və münaqişənin qarşısını aldığını bildirərək əlavə edib: “Təəssüf olsun ki, sionist rejim regionda gərginlik və böhranın əsas səbəbi kimi, müharibəni qızışdırmaqla, məzlum Fələstin xalqına qarşı cinayət və soyqırım törətməklə yanaşı, yalan uydurmaqla İran İslam Respublikasının sülhməramlı nüvə fəaliyyətlərini təhlükə səbəbi kimi göstərməyə çalışır.”
Prezident İranın İslam İnqilabının Ali Rəhbərinin hökmünə əsaslanaraq, heç vaxt nüvə silahı yaratmağa çalışmadığını və bu mövzuda yoxlama üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə həmişə əməkdaşlıq etdiyini və bu əməkdaşlığı davam etdirəcəyini vurğulayaraq bildirib: “İstənilən gərginliyi, iğtişaşı və münaqişəni özümüzə, regiona və dünyaya zərərli hesab edirik. Bizim prinsipial siyasətimiz regionda gərginliyin azaldılmasına və birliyin yaradılmasına əsaslanır, amma şübhəsiz ki, ölkəmizin təhlükəsizliyinə və maraqlarına qarşı hər hansı təhdidlə şiddətlə və qüvvətlə mübarizə aparacağıq.”
Bu telefon danışığında Norveçin Baş naziri Yonas Qar Stör da İran hökuməti və xalqını mübarək Ramazan ayı münasibətilə təbrik edib, iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında davamlı təmas və görüşlərdən məmnunluğunu ifadə edərək deyib: “Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində sizinlə ilk görüşümüz zamanı məlum oldu ki, biz həm də ölkələrimizdə səhiyyə və müalicə nazirləri kimi fəaliyyət göstərmişik və bu ortaq cəhətlər gələcək söhbətlərimizə ilham verə bilər və biz iki ölkə arasında səmimi münasibətlərin davam etdirilməsində maraqlıyıq.”
Sizin rəyiniz