9 mart 2025 at 22:44
Jurnalist kodu: 5561
Xəbər kodu: 85773777
T T
0 Persons
İranın BMT-dəki nümayəndəliyi: İranın nüvə proqramını ləğv etmək üçün danışıqlar baş tutmayacaq

Nyu York - İRNA - İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bildirib ki, danışıqların məqsədi İranın nüvə proqramının hərbiləşdirilməsi ehtimalı ilə bağlı narahatlıqların aradan qaldırılması məqsədinə nail olmaqdırsa, buna baxıla bilər, amma məqsəd İranın dinc nüvə proqramını ləğv etməkdirsə, belə danışıqlar heç vaxt baş tutmayacaq.

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bazar günü bəyan edib: “Danışıqların məqsədi İranın nüvə proqramının hərbiləşdirilməsi ehtimalı ilə bağlı narahatlıqların aradan qaldırılması məqsədinə nail olmaqdırsa, buna baxıla bilər, amma məqsəd İranın dinc nüvə proqramını ləğv etməkdirsə və Obamanın edə bilmədiyini biz etdik demək üçündürsə, belə danışıqlar heç vaxt baş tutmayacaq.”

ABŞ prezidenti Donald Tramp cümə günü, 7 martda bu ölkənin “Fox Business” xəbər telekanalına verdiyi müsahibədə İranın Ali Rəhbərinə məktub göndərdiyini və danışıqların aparılmasını istədiyini bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .