10 mart 2025 at 15:50
Jurnalist kodu: 5564
Xəbər kodu: 85774554
T T
0 Persons
Kontr-admiral Tacəddini: Birləşmiş təlimin məqsədi Hind okeanının şimalında dəniz təhlükəsizliyini artırmaqdır

Tehran - İRNA - Hərbi Dəniz Qüvvələri komandanının əməliyyat üzrə müavini deyib: “Bu təlimin məqsədi Hind okeanının şimalında dəniz təhlükəsizliyini artırmaq, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələri ilə Çin Xalq Respublikası və Rusiya Federasiyası hərbi dəniz qüvvələri arasında əməkdaşlıq, bacarıq hazırlığı və təcrübə ötürülməsi səviyyəsini artırmaqdır.”

Kontr-admiral Mustafa Tacəddini bazar ertəsi, martın 10-da “Dəniz Təhlükəsizlik Kəməri Birgə Təlimi-2025” hərbi təlimi üzrə Rusiya və Çinin komandirləri ilə birgə mətbuat konfransında deyib: “Bu gün biz İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə ordunun Hərbi Dəniz Qüvvələri və İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin, həmçinin Rusiya Federal Hərbi Dəniz Qüvvələrinin və Çin Xalq Hərbi Dəniz Qüvvələrinin gəmilərinin iştirak etdiyi yeddinci birləşmiş Dəniz Təhlükəsizlik Kəməri Təliminin başlanmasının şahidiyik.”

Ordunun Dəniz Qüvvələrinin komandanının əməliyyat üzrə müavini vurğulayıb: “Bu təlim İran İslam Respublikasının Ordu Dəniz Qüvvələrinin təşəbbüsü ilə, SEPAH Hərbi Dəniz Qüvvələrinin güclü iştirakı ilə həyata keçirilir və İran, Rusiya və Çin ölkələrinin mərkəz olması ilə aparılır.”

Kontr-admiral bu il birləşmiş Dəniz Təhlükəsizlik Kəməri təlimində 9 ölkənin müşahidəçi qismində iştirakı etdiyini bildirərək deyib: “Qətər, İraq, Cənubi Afrika Respublikası, Oman, BƏƏ, Şri-Lanka, Pakistan, Azərbaycan və Qazaxıstan müşahidəçi göndərib və təlimdə ümumilikdə 12 ölkə iştirak edir.”

Tacəddini vurğulayıb: “Təlimin məqsədi Hind okeanının şimalında dəniz təhlükəsizliyini yaxşılaşdırmaq, İran İslam Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri arasında dəniz qarşılıqlı əlaqələrinin artırılması əməkdaşlığın səviyyəsinin yüksəldilməsi, bacarıqların hazırlanması və təcrübə ötürülməsidir. Növbəti illərdə bu əməkdaşlığı digər qonşu və müttəfiq ölkələrə də genişləndirməyə çalışırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .