Seyid Abbas Əraqçi 10 mart 2025-ci il bazar ertəsi gecəsi X sosial şəbəkəsində yazıb: Çox təəssüf ki, ABŞ hökuməti xüsusilə gələn ilin isti ayları ərəfəsində elektrik enerjisi kimi əsas xidmətlərdən imtina edərək İraqın günahsız xalqını hədəfə almağa qərar verib.
O, vurğulayıb: Biz İraq xalqının yanındayıq və ABŞ-ın qeyri-qanuni hərəkətlərini dəf etmək üçün İraq hökuməti ilə qarşılıqlı əlaqədə olmaq öhdəliyimizə sadiqik.
İRNA-nın məlumatına görə, Reuters 9 mart 2025-ci il bazar günü ABŞ Dövlət Departamentinin sözçüsünə istinadən xəbər verib ki, prezident Donald Tramp administrasiyası İraqın İrandan elektrik enerjisi almasına görə tətbiq etdiyi sanksiyalardan azad edilməsini dayandırıb.
Sizin rəyiniz