İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı 12 mart 2025-ci il çərşənbə günü Təhlükəsizlik Şurasının qapalı iclasında deyib: İran İslam Respublikası Amerika, İngiltərə və Fransanın əsassız iddialarını qəti şəkildə rədd edir.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib: Bu ölkələr hazırkı vəziyyətə görə məsuliyyət daşıdıqlarını asanlıqla görməzlikdən gəldilər. Məhz Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini birbaşa pozaraq 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) birtərəfli qaydada çıxmışdı. Qeyri-qanuni sanksiyaları yenidən tətbiq edən, beynəlxalq hüququ pozan və İran xalqını cəzalandıran ABŞ oldu. Məhz İngiltərə, Fransa və Almaniya, JCPOA-nın Avropa tərəfləri, öhdəliklərinə əməl etmək əvəzinə, öhdəliklərini yerinə yetirməməklə Vaşinqtonu razı salmağa qərar verdilər. Bunlar nəzərdən qaçırılmayacaq faktlardır.
Sizin rəyiniz