Sionist işğalçı rejim bu gün səhər saatlarından Qəzza zolağının Xan Yunis bölgəsini 15 dəfədən çox bombalayıb və bu ərazinin cənub hissələrini geniş şəkildə hədəfə alıb.
Qəzza zolağının mərkəzində yerləşən Əl Nusəyrat 5 saylı düşərgədə bir evin bombalanması zamanı çoxlu sayda insan şəhid olub və bir neçə nəfər yaralanıb.
Bu xəbərə əsasən, sionist rejim Xan Yunisin müxtəlif bölgələrində də 5 mülki avtomobili hədəfə alıb, nəticədə 6 nəfər yaralanıb.
Əl-Cəzirə telekanalının müxbiri həmçinin bu gün səhərdən etibarən sionist rejimin Qəzzə zolağına hücumları zamanı 16 fələstinlinin şəhid olduğunu bildirib.
Sizin rəyiniz