26 mart 2025 at 15:35
Jurnalist kodu: 5561
Xəbər kodu: 85787800
T T
0 Persons
Əraqçi: İran Qafqaz regionunda sabitlik, sülh və təhlükəsizlik istəyir

Tehran - İRNA - Xarici İşlər naziri İrəvana bir günlük səfərinin sonunda deyib: “Ermənistan bizim çox yaxşı və yaxın qonşumuzdur və bizim aramızda tarixi, mədəni və sıx əlaqələr mövcuddur. İki ölkə arasında münasibətlərin səviyyəsi çox yaxşıdır.”

Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi Ermənistan Respublikasına rəsmi səfərinin sonunda deyib: “Ermənistana bir günlük səfərim oldu; Ermənistan bizim çox yaxşı və yaxın qonşumuzdur, bizim aramızda tarixi, mədəni və sıx əlaqələr mövcuddur. Hazırda iki ölkə arasında münasibətlər çox yaxşı və yüksək səviyyədədir. Bizim aramızda siyasi mübadilələr yüksək səviyyədə gedir və əlaqələr çox müxtəlifdir. Biz iqtisadi sahədə çox yaxşı əməkdaşlığa başlamışıq. Eləcə də, mədəni müzakirələrdə və siyasi mövqelərdə, xüsusən də regional məsələlərdə çox yaxın və ortaq siyasi mövqelərimiz var.”

“Qafqazla bağlı regional siyasətimiz kifayət qədər aydındır. Biz bu regionda sabitlik, sülh və təhlükəsizlik istəyirik. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanılması, bütün region ölkələrinin ərazi bütövlüyünün və ölkələrin müstəqilliyinin qorunub saxlanılması bizim üçün vacibdir və biz bu siyasəti davam etdirəcəyik” - Əraqçi əlavə edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .