Cümə İmamları Siyasəti Şurasının əlaqələr və media mərkəzindən höccətül-islam Əli Nuri bu xəbəri açıqlayaraq deyib: “Şəvval hilalının görünməsi və Fitr bayramının elan edilməsindən sonra Fitr namazı nəzərdə tutulduğu kimi gələn həftə səhər saat 8:00-da qılınacaq və müsəlla səhər saat 4:00-dan etibarən namazqılanların üzünə açıq olacaq.”
Höccətül-islam Əli Nuri əlavə edib: “İctimai nəqliyyat səhər saat 4-dən başlayaraq namazqılanları şəhərin müxtəlif yerlərindən daşımağa hazır olacaq. Bu proqramın təfərrüatları tədricən kütləvi informasiya vasitələrində açıqlanacaq.”
Sizin rəyiniz