Son hücumlarda çox güclü və zəhərli partlayıcı döyüş başlıqlarına malik olan partlayıcı və dağıdıcı Tomahawk raketlərindən (BGM-109 Tomahawk) istifadə edilmişdir. Daha əvvəl Yəmənin 5 vilayətində istifadəsi qeydə alınan bu hücumlarda kaset sursatlarından da istifadə edilib.
Cenevrə Konvensiyasına və Beşinci Protokola görə, bu hərəkət bütün beynəlxalq hüququn açıq şəkildə pozulması və bütün insani və mənəvi dəyərlərin pozulmasıdır. Bu silahlardan Yəmənə qarşı istifadə edilərkən dinc əhalinin həyatını qorumaq üçün heç bir tədbir görülməyib.
Tomahawk mahiyyətcə yer hədəflərinə hücum etmək üçün istifadə edilən uzun mənzilli, səsdən sürətli raketdir. Bu raket adətən döyüş gəmilərinin və ya sualtı qayıqların göyərtələrindən atılır. Uzunluğu 5,56 metr, sürəti saatda 880 kilometr, 450 kiloqram partlayıcı daşımaq gücündədir. Bu raketin uçuş məsafəsi 1200 ilə 2500 kilometr arasındadır.
Sizin rəyiniz