İngiltərənin ticarət naziri Conatan Reynolds Londonda Chatham House beyin mərkəzində çıxış edərkən etirazçı səhnəyə çıxaraq əlində Fələstin bayrağını tutaraq səslənib: “Bu hökumət hələ də F-35 qırıcılarının hissələrini İsrailə göndərir və Qəzzədəki cinayətlərdə şərikdir.”
O, həmçinin "İsrailə silah dəstəyinə son", "Qəzzədə cinayətləri dayandırın" və "Fələstini azad edin" kimi şüarlar səsləndirib.
Təhlükəsizlik qüvvələri dərhal müdaxilə edərək aksiya iştirakçısını zaldan çıxarıblar. Amma bu hərəkət bir neçə dəqiqəlik görüşün ab-havasına təsir edib və tamaşaçıların reaksiyasına səbəb olub.
Sizin rəyiniz