29 mart 2025 at 13:30
Jurnalist kodu: 5564
Xəbər kodu: 85790071
T T
0 Persons
UNRWA-nın Qəzzədə sionistlərin vəhşilikləri ilə bağlı şok hesabatı

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (URUWA) Qəzzə zolağı və işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı son həftəlik hesabatında təkcə martın 2-dən 13-dək 142.000-dən çox insanın məcburi köçkünə çevrildiyini bildirib.

Hesabatda həmçinin qeyd olunub ki, təkcə martın 18-də Qəzzədə 180-dən çox uşaq öldürülüb və bu, son bir ildə fələstinli uşaqlar üçün ən ölümcül günlərdən biri olub. 

Bu xəbərə əsasən, sionist hərbçilər Qəzzəni tam mühasirəyə aldıqları martın 2-dən indiyədək bölgəyə heç bir humanitar yardım və avadanlıq daxil olmayıb. İndiyə qədər üç həftədən çox davam edən mühasirə 2023-cü ilin oktyabrında müharibənin əvvəlində ilkin mühasirədən daha uzun sürmüş və görünməmiş bir humanitar böhran yaratmışdır.

Sizin rəyiniz

You are replying to: .