Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri çərşənbə günü səhər Amerika hərbi gəmilərinə raket və PUA-larla hücum etdiklərini açıqlayıb.
Səri video açıqlamada deyib: “Biz Qırmızı dənizdə ABŞ-ın “Truman” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi düşmən döyüş gəmilərini raketlər və dronlarla hədəfə aldıq”.
“Əl-Məsirə” kanalı ondan sitat gətirərək xəbər verib: “Bu münaqişə son 24 saat ərzində üçüncü münaqişədir və bu bəyanatın açıqlanmasına qədər davam edib”.
Yəmən ordusunun sözçüsü belə izah edib: Elan edilmiş əməliyyat bölgəsində döyüş gəmisini hədəf alan əməliyyatlarını düşmən Amerikaya qarşı artan sürətlə davam edəcək.
Səri bu bəyanatında belə aydınlaşdırıb: “Düşmən İsrailə qarşı əməliyyatımızın məqsədi Fələstin xalqına qarşı soyqırımı dayandırmaqdır və Qəzzaya hücum dayandırılıncaya və mühasirə götürülənə qədər əməliyyatımız dayanmayacaq”.
Sizin rəyiniz