3 aprel 2025 at 18:22
Jurnalist kodu: 5561
Xəbər kodu: 85793406
T T
0 Persons
İran sionist rejimin Suriyanın mülki və müdafiə infrastrukturuna hücumunu pisləyir

Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “İran İslam Respublikası həmişə olduğu kimi Qərbi Asiyanın mühüm regionunda köklü və izzətli bir xalq kimi Suriyanın ərazi bütövlüyü, izzət və milli suverenliyinin qorunub saxlanmasının zəruriliyini vurğulayır.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai sionist rejimin Suriyaya havadan və qurudan hərbi təcavüzünü, Dəməşq, Həma, Homs və Dəra əyalətlərində mülki və elmi-tədqiqat obyektlərinin, eləcə də ölkənin bir sıra müdafiə infrastrukturunun məhv edilməsini kəskin şəkildə pisləyib.

Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin təkrar təcavüzləri və Suriyanın ən dəyərli müdafiə obyektləri, hərbi və mülki infrastrukturlarının hədəfə alınması və keçmiş hökumətin süqutundan sonra ölkənin strateji hissələrinin sionist rejimi tərəfindən işğalına toxunaraq, sionist rejimin sui-istifadə və təcavüzünü asanlaşdırmaqda iştirak edən bütün tərəflərin məsuliyyətini vurğulayıb və xatırladılıb ki, İran İslam Respublikası bir neçə ay əvvəl region ölkələri ilə məsləhətləşmələr zamanı sionist rejimin Suriyadakı şəraitdən sui-istifadə etməsi, bu ölkəyə və regionun digər ölkələrinə qarşı işğal və müharibənin genişlənməsi barədə xəbərdarlıq etmişdi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .