5 aprel 2025 at 16:57
Jurnalist kodu: 5561
Xəbər kodu: 85794845
T T
0 Persons
Trampın Yəmənin Ənsarullah qüvvələrini hədəf alması ilə bağlı yalanlarının ifşası

Tehran - İRNA - ABŞ prezidentinin saxta videonu yaymasından və Ənsarullah Hərəkatının qüvvələrinin hədəfə alındığına dair iddiasının ardınca, Yəmən media mənbələri və rəsmiləri bu videonun Fitr bayramını qeyd etmək üçün toplaşan bir sıra yəmənli qəbilələrin toplantısına hücumla bağlı olduğunu açıqlayıb.

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində video yerləşdirərək, videonun Yəmən Ənsarullah Hərəkatının bir qrup qüvvələrinin hədəfə alınması ilə bağlı olduğunu iddia edib.

O yazıb: “Bu husilər (Yəmən Ənsarullahı) hücumu planlaşdırmaq üçün toplaşıblar. Oh, bu husilər tərəfindən daha heç bir hücum olmayacaq! Onlar bir daha bizim gəmiləri batırmayacaqlar!"

Video media mənbələrinin və yəmənlilərin reaksiyasına səbəb olub və Trampın iddialarının təkzib ediblər.

Bununla bağlı media mənbələri Trampın yaydığı videonun Fitr bayramı münasibətilə bir sıra Yəmən qəbilələrinin toplantısına hücumla bağlı olduğunu açıqlayıb.

Yəmən Ənsarullah Hərəkatının rəsmisi Əhməd Həsən Zeyd də X sosial şəbəkəsindəki mesajında yazıb: “Tramp üçün təəssüf edirəm... O, hətta Fitr bayramı üçün Yəmən qəbilələrinin toplantısını bombalamaqla öyünür və bu insanları hədəf almağın Yəmən raketlərini dayandıracağını düşünür.”

O, Trampa və amerika rəsmilərinə səslənərək əlavə edib: “Yaxşı, əgər həqiqətən dediklərinizə inanırsınızsa, ticarət gəmilərinizi Qırmızı dənizə göndərin.”

Sizin rəyiniz

You are replying to: .