Vaşinqtonda minlərlə insan Donald Tramp administrasiyasını İsrailə silah tədarükünü dayandırmağa və İsrailin Qəzzaya hücumunu dayandırmağa çağırıb.
Minlərlə HƏMAS tərəfdarı nümayişçi İsrailin Qəzzaya və soyqırıma qarşı müharibəsinə son qoymaq və Trampın söz azadlığına qarşı müharibəsinə qarşı çıxmaq üçün “qlobal intifada”ya çağırıb.
Amerika mətbuatının yazdığına görə, Ağ Evdən başlayan bu nümayiş ABŞ Konqresinə qədər davam edib və etirazçılar İsrailin soyqırımını və fələstinlilərə qarşı Holokostu dayandırmağı tələb ediblər.
Etirazçılar Qəzzanı dəstəkləyən şüarlar səsləndiriblər: Biz soyqırımın normal olduğu bir dünyada yaşamağı qəbul etmirik.
Sizin rəyiniz