10 aprel 2025 at 00:34
Jurnalist kodu: 5561
Xəbər kodu: 85799076
T T
0 Persons
Sionist rejim ordusunun 970 pilotu Qəzzə müharibəsinə qarşı olduqları üçün işdən çıxarılmaqla hədələnib

İbrani dilində çıxan Haaretz qəzeti bildirib: “İsrail hərbi hava qüvvələri vurğulayıb ki, 970 pilot Qəzzədə müharibənin dayandırılması tələbi ilə yazılmış məktuba imzalarını geri götürməsələr, ordudan qovulacaqlar.”

Məktubda Qəzzəyə qarşı müharibənin yalnız siyasi maraqlara xidmət etmək üçün davam etdiyi və “İsrail”in maraqları ilə heç bir əlaqəsi olmadığı qeyd olunur.

Bu məktubun müəllifləri də bildiriblər: “Bundan əvvəl də sübut olunduğu kimi, “girovları” təhlükəsiz geri qaytarmağın yeganə yolu hərbi təzyiq deyil, razılaşmadır. Hərbi təzyiqlər əsasən “girovların” öldürülməsinə və qüvvələrimizin həyatını təhlükəyə düşməsinə gətirib çıxarır.”

Sizin rəyiniz

You are replying to: .