Əraqçi bu telefon danışığında sionist rejimin cinayətlərinin dərhal dayandırılması və Qəzzada dərhal atəşkəsin bərqərar olması üçün region ölkələrinin kollektiv fəaliyyət göstərməsinin vacibliyini regiondakı digər böhranların həlli üçün açar kimi vurğulayıb.
Tərəflər həmçinin sionist rejimin Qəzza, Livan və Suriyaya hücum və işğalının davam etməsi və Yəmənə hücumlarının davam etməsi nəticəsində regionda gərginliyin artmasından dərin narahat olduqlarını bildiriblər. Onlar həmçinin gərginliyi azaltmaq və bütün regionda geniş yayılmış böhranın qarşısını almaq üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıblar.
Sizin rəyiniz