İRNA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, Türkiyə ilə sionist rejim arasında ilk texniki görüş dünən (çərşənbə günü) Azərbaycanın paytaxtı Bakıda keçirilib.
Açıqlamada bu görüşün məqsədinin Suriyada qarşıdurmaların və arzuolunmaz hadisələrin qarşısının alınması mexanizminin yaradılması olduğu bildirilib.
Türkiyə Müdafiə Nazirliyi daha sonra sionist rejimin təxribatçı hücumlarını dərhal dayandırmağa çağırıb və qeyd edib ki, bu hücumlar Suriyanın ərazi bütövlüyünə zərər vurur, ölkənin təhlükəsizlik və sabitliyini təhdid edir.
Nazirlik əlavə edib ki, regional təhlükəsizliyin bərqərar olması üçün sionist rejim öz ekspansionist və işğalçı mövqelərindən əl çəkməli, beynəlxalq ictimaiyyət bu qeyri-qanuni hərəkətlərin qarşısının alınması üçün məsuliyyəti öz üzərinə götürməlidir.
Xəbər mediaları daha əvvəl sionist rejim ilə Türkiyənin Suriyada gərginliyin və hərbi qarşıdurmanın qarşısını almaq üçün ABŞ-ın vasitəçiliyi ilə bir-biri ilə danışıqlar apardığını açıqlamışdı.
Sizin rəyiniz