İRNA-nın məlumatına görə, Məhəmmədrza Arif cümə axşamı günü bir qrup fəal və siyasi, mədəni və media elitaları ilə Novruzla bağlı görüşündə İran İslam Respublikası və xalqının heç vaxt bu ölkənin düşmənləri və bədxahlarının təhdid və sui-qəsdlərindən qorxmadığını vurğulayaraq deyib: “İran həmişə danışıqlar və əməkdaşlıq yolunu alqışlayıb və qarşı tərəf də yanlış sanksiyalar və təhdid siyasətini dayandırmalıdır.”
Birinci vitse-prezident hazırda bizim Mərkəzi Asiya ölkələri, Avrasiya İttifaqına üzv ölkələr və Fars körfəzi regionu ilə ən yaxşı əlaqələrimizin olduğunu vurğulayaraq deyib: “İran İslam Respublikasının Avrasiya İttifaqına müşahidəçi kimi üzv olması, İƏT təşkilatında, eləcə də mühüm regional və beynəlxalq müqavilə və təsisatlarda fəal iştirakı, Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, Fars körfəzi ölkələri ilə əlaqələrin artırılması son 6 ayda 14-cü hökumətin xarici siyasət tədbirlərindəndir və xarici ölkələrin, xüsusilə də Fars körfəzi ölkələrinin rəhbərləri və rəsmiləri ilə rəsmi görüşlərdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və dərinləşməsində maraqlı olduqlarını dəfələrlə ifadə ediblər.”
“Bu gün regionun bütün ölkələri bu qənaətə gəliblər ki, regionun təhlükəsizliyi və sülhü İran İslam Respublikası ilə yaxşı münasibətlərdən asılıdır və Fars körfəzi ilə həmsərhəd olan ölkələr həmişə İranla yaxşı, mehriban və ikitərəfli münasibətləri vurğulamışlar” - deyə, o, əlavə edib.
Sizin rəyiniz