11 aprel 2025 at 15:41
Jurnalist kodu: 5564
Xəbər kodu: 85800133
T T
0 Persons
İran səfiri Rusiya Dumasında Hərtərəfli Strateji Müqavilənin təsdiqini alqışlayıb

Moskva - İRNA - İran İslam Respublikasının Moskvadakı səfiri X sosial şəbəkəsində yazı dərc edərək, Rusiya Dövlət Dumasında Hərtərəfli Strateji Müqavilənin ratifikasiyasını alqışlayıb.

İranın Moskvadakı səfiri bununla bağlı yazıb: “Bəhrəli olan il onun baharından bəllidir. Yeni miladi ilinin əvvəlində (yanvarın 17-də) Ölkəmiz və Rusiya Federasiyasının prezidentləri tərəfindən Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalandı və yeni Günəş ilinin əvvəlində (Fərvərdin 19) Dövlət Duması onu ratifikasiya etdi. Bu müqavilə Rusiya Federasiya Şurası və İslam Məşvərət Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Bu tarixi hadisə ilə biz İran-Rusiya münasibətlərində perspektivli başlanğıcın şahidi olacağıq.”

Sizin rəyiniz

You are replying to: .