14 aprel 2025 at 22:06
Jurnalist kodu: 5564
Xəbər kodu: 85803533
T T
0 Persons
Nəcəfi: Qrossinin qarşıdan gələn səfərinin əməkdaşlığı gücləndirəcəyinə ümidvarıq

Tehran - İRNA - İran İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyindəki yeni səfiri və daimi nümayəndəsi İran İslam Respublikasının agentliklə əməkdaşlıq prosesi ilə bağlı yanaşmasını izah edərkən, agentliyin baş direktorunun Tehrana qarşıdakı səfərinin əməkdaşlığı gücləndirəcəyinə ümidvar olduğunu bildirib.

Rza Nəcəfi bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossiyə etimadnaməsini təqdim edərkən bildirib.

O, İran və agentlik arasında əməkdaşlıq, həmçinin Qrossinin Tehrana gözlənilən səfərini müzakirə edib, agentliyin bu məsələdə müstəqil, texniki və qərəzsiz rolunu vurğulayıb.

Bu görüşdə Rafael Qrossi də İran və agentlik arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyinə işarə edib, bütün tərəflər arasında müsbət və konstruktiv atmosfer yaratmaq üçün səy göstərməyin zəruriliyindən danışıb.

Bu görüş zamanı həmçinin İranın sülhməramlı nüvə proqramı ətrafında baş verənlər ətrafında fikir mübadiləsi aparılıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .