15 aprel 2025 at 12:53
Jurnalist kodu: 5564
Xəbər kodu: 85804071
T T
0 Persons
İran Sudanın Faşer şəhərində insanların ağır vəziyyətindən narahat olduğunu bildirib

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü Sudanın mühasirədə olan Faşer şəhərində xalqın ağır vəziyyətindən narahat olduğunu bildirib və beynəlxalq humanitar hüquq prinsipləri əsasında şəhərin mühasirəsinin götürülməsinə, hücumların dayandırılmasına və mülki şəxslərin həyatının qorunmasına çağırıb.

İsmayıl Bəqai Sudanın Şimali Darfur bölgəsindəki Faşer şəhərinin mühasirəyə alınmasını, Zəmzəm və Əbu Şuk düşərgələrinə sığınan müdafiəsiz vətəndaşlara hücumu pisləyib. O, yaranmış ağır vəziyyətdən narahatlığını ifadə edərək, beynəlxalq humanitar hüquq prinsipləri əsasında Faşer mühasirəsinin götürülməsinə, hücumların dayandırılmasına və mülki şəxslərin həyatının qorunmasına çağırıb.

Bəqai həmçinin İran İslam Respublikasının Sudanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləmək kimi prinsipial mövqeyini təkrarlayıb.

İRNA-nın məlumatına görə, “Sürətli Dəstək Qüvvələri” kimi tanınan üsyançılar bir neçə günlük hücumlar və qarşıdurmalardan sonra Zəmzəm qaçqın düşərgəsinə nəzarəti ələ keçiriblər. İnsan haqları qrupları daha əvvəl elan etmişdilər ki, Sudanlı üsyançıların Sudanın Əl-Faşir şəhəri yaxınlığındakı Zəmzəm qaçqın düşərgəsinə yeni hücumları nəticəsində yüzlərlə insan ölüb və ya yaralanıb. Birləşmiş Millətlər Təşkilatı bazar ertəsi elan etdi ki, yerli mənbələrdən əldə edilən ilkin rəqəmlər cümə və şənbə günləri Zəmzəm və Əbu Şuk düşərgələri və Əl-Faşir şəhəri ətrafında baş verən qarşıdurmalar zamanı 300-dən çox mülki şəxsin öldürüldüyünü göstərir.

BMT-nin statistikasına görə, Zəmzəm düşərgəsinin 400 minə yaxın sakini düşərgədəki evlərini tərk etmək məcburiyyətində qalıb. 2023-cü ilin martında Sudan vətəndaş müharibəsi başlayandan bəri 13 milyona yaxın insan didərgin düşüb, onlardan 3,8 milyonu qonşu ölkələrə qaçıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .