İran-Rusiya Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi İran Prezidenti doktor Məsud Pezeşkiyanın yanvar ayında Moskvaya səfəri zamanı tərəflər tərəfindən imzalanıb.
Bu sənəd uzunmüddətli perspektivdə Moskva ilə Tehran arasında əməkdaşlığın gələcək inkişafı üçün hüquqi baza müəyyən edir.
Saziş Rusiya və İranın strateji tərəfdaş statusunu müəyyən edir və müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla, bütün sahələri əhatə edir.
Bu müqavilə İslam Şurası Məclisində və Rusiya parlamentində (Dövlət Duması və Federasiya Şurası) ratifikasiya prosesindən keçdikdən sonra qüvvəyə minəcək.
Sizin rəyiniz