16 aprel 2025 at 18:29
Jurnalist kodu: 5561
Xəbər kodu: 85805510
T T
0 Persons
XİN-nin mətbuat katibi: Amerikalıların ziddiyyətli mövqeləri ciddiliyin və xoş niyyətin olmadığını göstərir

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və bu ölkənin İran İslam Respublikası ilə danışıqlar aparan Stiven Uitkoffun ziddiyyətli mövqeyi İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin reaksiyasına səbəb olub.

Son bir neçə saat ərzində Stiven Uitkoffun ABŞ-ın İranla dolayısı danışıqları ilə bağlı yeni mövqeyində təxminən 180 dərəcə dönüş müşahidə olunub. O, ötən günlərdə Oman danışıqları zamanı və ondan sonra İranın zənginləşdirmə proqramının və yalnız nüvə məsələsi ilə bağlı danışıqların davam etdirilməsini vurğuladığı bir halda, birdən X sosial şəbəkəsində yazı dərc edərək İranın nüvə proqramının və İranın bəzi hərbi sənayelərinin məhv edilməsinin zəruriliyindən danışıb. Bu mövqe İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin reaksiyaya səbəb olub.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəqai Uitkoffun sözlərini əsas səhv kimi şərh edib və bu açıqlamaların, şübhəsiz ki, amerikalıların danışıqlarda xoş niyyət və ciddilik nümayiş etdirməməsinin əlamətləri kimi qəbul ediləcəyini bildirib.

Bəqai həmçinin ABŞ-da danışıqları sabotaj etmək üçün öz iradəsini ABŞ hökumətinə sırımağa çalışan radikallar barədə xəbərdarlıq edib və əlavə edib ki, bu ifrat baxış və yanaşmalardan qaynaqlanan səhvlər danışıqların yeni formalaşmış yolunu poza bilər.

Xarici İşlər Nazirliyinin mətbuat katibi yazıb: “Futbolda qapının yerini dəyişmək peşəkar səhv və ədalətsiz hərəkətdir, lakin diplomatiyada belə bir hərəkət (məntiq anlayışı/ağıllı danışıqlar sənəti olmayan radikal elementlər tərəfindən irəli sürülür) istənilən başlanğıcı məhvə apara bilər. Belə bir addım ciddiliyin və xoş niyyətin olmaması kimi qiymətləndirilə bilər. Biz hələ sınaq mərhələsindəyik...”

Xarici İşlər Nazirliyinin sözçüsünün Amerika tərəfinə xəbərdarlığı elə bir vaxta təsadüf edir ki, ABŞ-da bəzi rəsmilərin öz mövqelərini hələ də faktlar əsasında qurmaq istəməyi və hələ də mifləri vurğuladığı görünür.

Şübhəsiz ki, Amerika tərəfi indi İranla bağlı yalan xəbərləri təkrarlamaqdan çəkinməyin vaxtı olduğunu başa düşməlidir. Çünki illərdir ki, İranla bağlı yanlış fərziyyələr və təxribatçı təsvirlər rasional mühakimənin yerini tutub. Bu da, onların məsələni düzgün dərk etmək cəhdlərinin uğursuzluğuna səbəb olub.

Buna görə də, ABŞ-da danışıqlar aparan yeni rəsmilərin konstruktiv dialoqun davam etdirilməsi üçün ümumi zəmin təmin etmək məqsədilə öz siyasətlərini sahə reallıqları və keçmiş uğursuzluqlardan dərslər əsasında qurmaları zəruridir. Etibarsız rəvayətlərə arxalanmamaqla yanaşı, Amerika tərəfi maksimum tələblər irəli sürmək əvəzinə qarşılıqlı maraqlara arxalanmalıdır və məsələn, yoxlama qarşılığında İrana qarşı tətbiq edilən sanksiyaları effektiv şəkildə aradan qaldırmağa çalışmalıdır ki, qarşılıqlı fayda təmin edilməklə, danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə etmək mümkün olsun.

0 Persons

Sizin rəyiniz

You are replying to: .