Qəzzə sadəcə bir şəhərin adı deyil, bəşəriyyətin bədənindəki köhnə yaradır. İllərdir bu torpağın səması dinclik rəngini görməyib, torpağı uşaqların və anaların cansız bədənləri üçün bir qucaq olub.
Bu ağır qlobal sükutda yalnız düşüncə və sənətin səsi cinayətləri açıb xalqın səssiz fəryadını səsləndirə bilər.
Sığınacaqsız uşaqlar, müdafiəsiz qadınlar, yaşamaq hüququndan başqa heç bir istəyi olmayan insanlar tarixin nadir hallarda gördüyü cinayətin qurbanı olublar.
Bu arada başda fələstinlilər olmaqla media, incəsənət və mədəniyyət nümayəndələri də bu zülmdən paysız qalmayıb, 210-dan çox jurnalist və media fəalı bu qeyri-bərabər müharibədə şəhid olub; yalnız həqiqəti söyləmək günahına görə.
Bu gün Şərqi Azərbaycanın mədəniyyət, incəsənət və media mənsublarından bir qrupu Təbrizin tarixi Məqbərətuş-Şuəra məkanında toplaşaraq, məzlum Fələstin xalqına dəstək verib və onunla həmrəy olduqlarını bəyan edib.
Sizin rəyiniz