Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İran xalqına qarşı sanksiyalar tətbiq etmək siyasətini Amerika siyasətçilərinin İran xalqına qarşı düşməncəsinə yanaşmasının və qanunun aliliyinə və insan haqlarına məhəl qoymamasının bariz əlaməti hesab edib və bildirib: ABŞ hökumətlərinin hədə-qorxu və siyasi təzyiq vasitəsi kimi inkişaf etməkdə olan ölkələrə qarşı iqtisadi sanksiyalardan struktur asılılığı Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsip və qaydalarını pozur. Bu, qanunun aliliyinin əsaslarını və azad ticarət qaydalarını zəiflətməklə yanaşı, sanksiyalar altında olan insanların fundamental insan hüquqlarının, xüsusilə də inkişaf hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarır və bir çox hallarda insanlığa qarşı cinayət təşkil edir.
Bəqayi İranın müxtəlif iqtisadi və ticarət sektorlarına qarşı sanksiyaların davam etdirilməsini zorakılıq və qeyri-qanuni hərəkət hesab edib ki, bu, Amerikanın dialoq və danışıqlar iddiası ilə açıq şəkildə ziddiyyət təşkil edir və Amerikanın bu mövzuda xoşməramlı və ciddi olmamasına dəlalət edir.
Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib: İran xalqına qarşı birtərəfli sanksiyaların tətbiqi pozucu, beynəlxalq hüququn əsas prinsip və qaydalarına zidd olan özbaşına bir hərəkət kimi ABŞ hökumətinin beynəlxalq məsuliyyətinə səbəb olur və ABŞ bu cinayət əməlləri nəticəsində insan haqlarının kobud şəkildə pozulmasına görə məsuliyyət daşımalıdır.
Sizin rəyiniz