Məcid Təxt Rəvançi çərşənbə günü səhər saatlarında Roma Papası Fransiskin vəfatı münasibətilə səfirlikdə açılan xatirə kitabını imzalayıb, İran İslam Respublikasının Xarici İşlər naziri və hökuməti adından Roma Papası Fransiskin vəfatı ilə bağlı səfir Anjey Yozviçə, Vatikan rəsmilərinə, dünyadakı bütün xristianlara və böyük mərhumun ardıcıllarına başsağlığı verib, Uca Allahdan onun üçün rahatlıq diləyib.
Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Vatikan səfiri ilə səmimi söhbətində Roma Papası Fransiskin xatirəsini ehtiramla yad edib, onun şəxsiyyətini və xalqlar arasında sülh və birliyin təşviq və möhkəmləndirilməsində, dünyada ilahi dinlərin ardıcılları arasında dialoqun təşviqində tutduğu mövqeləri yüksək qiymətləndirərək vurğulayıb: “Papa Fransisk nümunəvi altruizmi ilə həmişə məzlumların, zorakılıq və qəddarlığın qurbanlarının köməyinə gəlib və onun zülmə, ayrı-seçkiliyə, ədalətsizliyə qarşı göstərdiyi cəsarətli mövqeləri unudulmayacaq.”
Sizin rəyiniz