25 aprel 2025 at 12:15
Jurnalist kodu: 5564
Xəbər kodu: 85813444
T T
0 Persons
Bəqai: Köçkünlər üçün müvəqqəti sığınacaq çadırlarına hücum hərbi cinayətin konkret nümunəsidir

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Qəzza və Livanda davam edən təcavüzkar və terror hərəkətlərini kəskin şəkildə pisləyib.

İsmayıl Bəqai Qəzzə zolağının mühasirəsinin davam etdirilməsi və humanitar yardımların qarşısının alınması, eyni zamanda, sionist rejimin qaçqın düşərgələri və çadırlarına hücumlarının intensivləşdirilməsini müharibə cinayəti və insanlığa qarşı cinayətin konkret nümunəsi adlandırıb və sionist rejimi və müharibə cinayətlərinin başçılarını mühakimə etmək və cəzalandırmaq üçün qətiyyətli qlobal addım atmağa çağırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bu cinayətlərlə bağlı hərəkətsizliyini tənqid edərək, sionist rejimə silah yardımını davam etdirən ABŞ və bəzi Avropa ölkələrini sionist rejimin törətdiyi cinayətlərdə şəriki adlandırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .